FİFA Bekembauerə rəğbətini belə izhar etdi

Almaniya futbolunun əfsanəsi Frans Bekenbauerin ölümü dünya futbol camiəsini sarsıdıb.

Sportline.az xəbər verir ki, ali futbol qurumu FİFA da onun itkisinə biganə qalmayıb.

Təşkilatın mənzil-qərargahının qarşısında asılmış Almaniya bayrağı mərhum dünya çempionunun xatirəsinə ehtiram əlaməti olaraq aşağı endirilib.

Xatırladaq ki, Frans Bekenbauer yanvarın 8-də 78 yaşında dünyasını dəyişib.