FİFA-nın yeni reytinqi: Millimiz gerilədi
FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, ötən ayla müqayisədə 4 pillə geriləyən Azərbaycan millisi 80-ci pillədə qərarlaşıb. Komandamızın aktivində 427 xal var.
...
78 (77). Trinidad və Tobaqo - 436
79 (88). Qətər – 435
80 (76). Azərbaycan – 427
81 (104). Mavritaniya - 425
82 (77). Suriya - 423
...
Siyahının ilk pillələri dəyişikliklərlə yadda qalıb. Konfederasiyalar Kubokunun qalibi - Almaniya liderliyi ələ keçirib. Braziliya 2-ci, Argentina 3-cü pilləyə geriləyib:
1 (3). Almaniya – 1609
2 (1). Braziliya – 1603
3 (2). Argentina – 1413
4 (8). Portuqaliya – 1332
5 (9). İsveçrə - 1329
6 (10). Polşa - 1319
7 (4). Çili – 1250
8 (5). Kolumbiya – 1208
9 (6). Fransa – 1199
10 (7). Belçika – 1194
DÇ-2018-in təsnifat mərhələsində Azərbaycan seçməsi ilə eyni qrupda yer alan komandaların cədvəldəki vəziyyəti belədir:
1 (3). Almaniya – 1609
22 (28). Şimali İrlandiya - 897
40 (44). Çexiya - 690
88 (87). Norveç - 391
204 (204). San-Marino – 12