FİFA referimiz "Benfika"nın oyununda
FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasında “Benfika” (Portuqaliya) – “Makkabi” (Hayfa, İsrail) oyununun baş hakimi olacaq.
Sentyabrın 6-da Portuqaliyanın Seyxal şəhərində keçiriləcək H qrupunun görüşündə ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasının Ricardo Jorge Antunes Baixinho (Portuqalita) yerinə yetirəcək.