FİFA reytinqi: Millimiz 23 pillə gerilədi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, ötən ayla müqayisədə 23 pillə geriləyən Azərbaycan seçməsi 273 xalla 115-ci yerdə qərarlaşıb.

Azərbaycan millisi və qonşuları:

113 (110). İordaniya – 281
114 (136). Türkmənistan - 279
115 (92). Azərbaycan – 273
116 (123). Filippin – 272
117 (116). Malavi – 271

Siyahıya yenə Almaniya başçılıq edir. Braziliya 2-ci, Portuqaliya 3-cüdür:

1 (1). Almaniya – 1631
2 (2). Braziliya – 1619
3 (3). Portuqaliya – 1446
4 (4). Argentina – 1445
5 (5). Belçika – 1333
6 (6). Polşa - 1323
7 (8). Fransa – 1226
8 (11). İspaniya - 1218
9 (9). Çili – 1173
10 (12). Peru - 1160

Qonşularımızdan Türkiyə 33-cü, Rusiya seçməsi isə 65-ci pillədə qərarlaşıb.