Venger Konte ilə dueldən qalib ayrıldı

Bu gün İngiltərədə Federasiya Kubokunun qalibi müəyyənləşəcək. SportLine.az xəbər verir ki, həlledici matçda "Arsenal" və "Çelsi" üz-üzə gələcək. 

Paytaxt derbisində "zadəganlar"ın imkanları daha yüksək qiymətləndirilir. Premyer Liqada çempionluq sevinci dadan Antonio Kontenin komandası bu dəfə də zəfər üçün meydana çıxacaq. 

Arsen Venger də mövsümü titulla başa vurmaq niyyətindədir. 


27 may 2017
Federasiya Kuboku, FİNAL

"Arsenal" - "Çelsi" - 2:1
QOLLAR:
Sançez, 4 (1:0); Kosta, 76 (1:1); Remsi, 79 (2:1)