Finalın adı: "Fənərbağça" - "Başakşehir"

Türkiyə kubokunda növbəti finalçı da müəyyənləşib.

Sportline.az xəbər verir ki, yarımfinalın 2-ci cavab oyununda "Başakşehir" "Ankaragücü"nü qəbul edib. Bu komandalar arasında ilk görüşdə İstanbul klubu 1:0 hesabı ilə qalib gəlmişdi. Cavab qarşılaşmasının əsas vaxtı Ankara təmsilçisinin 2:1 hesablı üstünlüyü ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada daha 1 qol vuran "Başakşehir" finala yüksəlib - 2:2.

Beləliklə, kubokun finalında iyunun 11-i "Fənərbağça" və "Başakşehir" üz-üzə gələcək.

25 may

"Ankaragücü" – "Başakşehir" - 2:2
Qollar
: Sou, 11 (1:0),  Gürler, 61 (1:1), Xatsicovanis, 90  (2:1),  Keni, 111 (2:2)

Qırmızı vərəqə: Muyakiç, 97 ("Ankaragücü")
İlk oyun – 0:1.