Finalın hakimləri müəyyənləşdi

Bu gün Azərbaycan kubokunun finalında keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu üçün hakim təyinatları müəyyənləşib.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, matçın baş hakimi İnqilab Məmmədov olacaq. Ona Kamran Bayramov və Vüsal Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Əliyar Ağayev VAR hakimi, Akif Əmirəli onun köməkçisi qismində təyinat alıb.

 "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu günədək “Neftçi” 6 dəfə, “Qəbələ” isə 1 dəfə Azərbaycan kubokunun sahibi olub.

Xatırladaq ki, Premyer Liqada "Nefçi" 3-cü, "Qəbələ" isə 4-cü yer tutaraq Konfrans Liqasına vəsiqəni təmin edib.