"Flamenqo"dan Kazemiro həmləsi
"Mançester Yunayted"i tərk edənlərdən biri olan Kazemiro vətəni Braziliyaya üz tuta bilər.
Sportline.az insayder Nikola Şkiranın məlumatına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçini ölkəsində "Flamenqo" klubu istəyir. "qırmızı şeytanlar" 32 yaşlı futbolçunu icarəyə göndərməyə, hətta onun maaşının bir hissəsini ödəməyə razıdır.
Qeyd edək ki, Kazemiro bu mövsüm "Mançester Yunayted"də 24 oyuna 3 qol vurub.
Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.