"Bavariya"dan Almaniya millisinə

Almaniya Futbol Federasiyası bu mövsümün sonu "Bavariya"dan ayrılacaq Hans-Diter Fliklə razılığa gəlib.

Sportline.az Almaniya mətbuatına istinadən xəbər verir ki, qurum Avro-2020-dən sonra vəzifəsindən ayrılacaq baş məşqçi Yoahim Lövü 56 yaşlı mütəxəssislə əvəzləyəcək. Fliklə 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Flik 2019-cu ildən "Bavariya"nı çalışdırır.