Formula 1-də karton "azarkeşlər"
"Formula 1" üzrə İtaliya Qran-Prisi azarkeşsiz keçiriləcək.
Sportline.az xəbər verir ki, Monzadakı tribunaların boş qalmaması üçün yarış təşkilatçıları "Face For Fan” xeyriyyə aksiyasına başlayıblar.
Azarkeşlər ya milli bayrağın rənglərində, ya da Monza və ya "Formula 1" rəmzləri ilə bir avatar seçə və şəkillərini yükləyə bilərlər. Həmin şəkillər karton üzərində çap edilərək əsas tribunada, yaxud "Parabolica” döngəsi hissəsində tribunalarda müəyyən məbləğ müqabilində stendə yerləşdiriləcək. Aksiyada iştirakın minimal qiyməti 40 avrodur.
Toplanmış vəsait xəstəliklərdən müalicə məqsədləri üçün istifadə ediləcək.