"FourFourTwo" jurnalı dünyanın ən yaxşı qapıçılarını sıralayıb

"FourFourTwo" jurnalı dünyanın ən yaxşı 10 qapıçısınının adını açıqlayıb.  

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, reytinqə "Liverpul"un və Braziliya millisinin  qapıçısı Alisson başçılıq edib.

31 yaşlı braziliyalı İngiltərə klubuna 2018-ci ilin iyulunda “Roma”dan keçib. Onun müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Bu mövsüm Alisson bütün yarışlarda 32 oyun keçirib, 32 qol buraxıb və 11 dəfə qapısını toxunulmaz saxlayıb. Transfermarkt portalı görə oyunçunun hazırki dəyəri 28 milyon avrodur.

10 nəfərdən ibarət tam siyahı isə belədir.

1. Alisson ("Liverpul", Braziliya millisi).

2. Ederson ("Mançester Siti", Braziliya millisi).

3. Mark-Andre Ter Ştegen ("Barselona", ​​Almaniya millisi).

4. Mik Maignan ("Milan", Fransa millisi).

5. Manuel Noyer ("Bavariya", Almaniya millisi).

6. Canluici Donnarumma (PSJ, İtaliya millisi).

7. Yan Oblak ("Atletiko" Madrid, Sloveniya millisi).

8. Emiliano Martines ("Aston Villa", Argentina millisi).

9. Yann Sommer ("İnter", İsveçrə millisi).

10. Tibo Kurtua ("Real" Madrid, Belçika millisi).