Fransa adından çıxış edən boksçu Ağdamda kabab bişirdi
Fransada yaşayan Azərbaycan əsilli boksçu Murad Əliyev doğma Vətəninə qayıdıb.
Sportline.az Oxu.az-a istinadən xəbər verir ki, II Avropa Oyunlarının gümüş mükafatçısı, Tokio Olimpiadasının iştirakçısı olmuş, hazırda peşəkar boksla məşğul olan idmançı Bərdədə və Ağdamın Sarıcalı kəndində olub.
26 yaşlı idmançı Sarıcalı kəndində milli mətbəximizin bəzəyi sayılan kabab bişirib və onun dadına baxıb.
Qeyd edək ki, Murad Əliyev Rusiyanın paytaxtı Moskvada doğulub və daha sonra ailəsi ilə Fransaya köçüb.