Gürcüstan və Ukrayna yarımfinalda, Fransa Almaniyadan güclü oldu

Bu gün UEFA Millətlər Liqasında 4-cü tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha 9 qarşılaşma keçirilib.

Günün mərkəzi oyunu Fransada təşkil olunub. Burada yerli komanda Almaniya seçməsini qəbul edib. Bu görüşdə də məğlub olan Bundestim, növbəti mərhələ imkanlarını heçə endirib.

Oyun günündə iki komanda yarımfinal vəsiqəsini təmin edib. Bunlardan biri Ukrayna millisidir. "B" Liqasında Çexiya ilə üz-üzə gələn Andrey Şevçenkonun rəhbərlik etdiyi komanda qalib gəlib və qrupun digər iştirakçıları üçün əlçatmaz olub.

"D" Liqasında 4 oyuna 4 qələbə qazanan Gürcüstan da vaxtından əvvəl yarımfinala yüksəlib. 

16 oktyabr 2018
Millətlər Liqası
4-cü tur

"A" Liqası, 1-ci qrup

Fransa - Almaniya - 2:1
QOLLAR:
Kroos, 14/p. (0:1); Qrizmann, 62 (1:1); Qrizmann, 80/p. (2:1)

1. Fransa 3 7
2. Hollandiya          2 3
3. Almaniya 3 1

"B" Liqası, 1-ci qrup

Ukrayna - Çexiya - 1:0
QOL:
Malinovski, 43 (1:0)

1. Ukrayna 3 9
2. Çexiya                 3 3
3. Slovakiya 2 0

"B" Liqası, 4-cü qrup

İrlandiya - Uels - 0:1
QOL:
Uilson, 58 (0:1)

1. Uels 3 6
2. Danimarka                    2 4
3. İrlandiya 3 1

"C" Liqası, 3-cü qrup

Norveç - Bolqarıstan - 1:0
QOL:
Elyunussi, 31 (1:0)

Sloveniya - Kipr - 1:1
QOLLAR:
Populis, 37 (0:1); Skubiç, 83 (1:1)

1. Norveç    4 9
2. Bolqarıstan              4 9
3. Kipr 4 4
4. Sloveniya 4 1

"D" Liqası, 1-ci qrup

Qazaxıstan - Andorra - 4:0
QOLLAR:
Seydaxmet, 21 (1:0); Turisbek, 39 (2:0); Qomes, 61/a.q. (3:0); Murtazayev, 74 (4:0)

Latviya - Gürcüstan - 0:3
QOLLAR:
Kankava, 8 (0:1); Qviliya, 29 (0:2); Makvetadze, 61 (0:3)

1. Gürcüstan 4 12
2. Qazaxıstan             4 5
3. Latviya 4 2
4. Andorra 4 2

"D" Liqası, 4-cü qrup

Ermənistan - Makedoniya - 4:0
QOLLAR:
Pitselli, 12 (1:0); Movsisyan, 67 (2:0); Qazaryan, 81 (3:0); Mxitaryan, 90+4 (4:0)

Cəbəllüttariq - Lixtenşteyn - 2:1
QOLLAR:
Salanoviç, 15 (0:1); Kabrera, 61 (1:1); Çipolina, 69 (2:1)

1. Makedoniya 4 9
2. Ermənistan               4 6
3. Cəbəllüttariq 4 6
4. Lixtenşteyn 4 3