Fransa çempionatında fərqli nəticələr

Fransa Liqa 1-də 6-cı tura yekun vurulub.

Sportline.az xəbər verir ki, son oyun günündə 7 qarşılaşma keçirilib.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 16 xalla PSJ liderlik edir. Eyni xalı olan "Marsel" 2-ci, "Lans" isə 14 xalla 3-cüdür.

Fransa Liqa 1, 6-cı tur

4 sentyabr

"Monpelye" - "Lill" - 1:3
Qollar: E.Vahi, 20 - C.David, 41, 90+4, A.Qomes, 57

"Ayaçço" - "Loryan" - 0:1
Qol: Da.Otarra, 51

"Brest" - "Strasburq" - 1:1
Qollar: P.Les-Melu - L.Ayorqe, 28 pen.

"Klermon" - "Tuluza" - 2:0
Qollar: M.Qonalon, 46, C.Muhammed, 90+6

"Reyms" - "Lans" - 1:1
Qollar: F.Baloqun, 71 - L.Openda, 82

"Trua" - "Renn" - 1:1
Qollar: İ.Uqbo, 14 - B.Santamariya, 48

"Nitsa" - "Monako" - 0:1
Qol: B.Embolo, 69