Fransa futbolunda rüsvayçılıq: 8 yaşlı xərçəng xəstəsinə hücum etdilər
"Ayaçço" azarkeşləri xərçəng xəstəsi olan "Marsel" azarkeşinə və ailəsinə hücum edib.
Sportline.az xəbər verir ki, beyin xərçəngindən əziyyət çəkən Kenzo adlı 8 yaşlı "Marsel" azarkeşi 38-ci turun "Ayaçço" ilə səfər oyununa dəvət olunub .
Matçın başlamasına 45 dəqiqə qalmış Kenzo və ailəsi üçün xüsusi hazırlanmış qutuya yaxınlaşan oğlan atasından “Marsel” köynəyini geyinməsini istəyib. Atası köynəkləri çıxardığı anda 15-ə yaxın "Ayaçço" fanatı ailəyə hücum edib. Kenzonun anasının sözlərinə görə, hücum edənlər Marselin köynəklərini götürərək yandırıblar, uşağın atasını isə döyüblər.
Matçdan sonra Kenzo stadionda "Marsel" oyunçuları və kumiri Matteo Qenduzi ilə görüşə bilib.
"Ayaçço" hadisə ilə bağlı rəsmi açıqlama verib, azarkeşlərin hücumunu pisləyib. Klub hücum edənləri müəyyənləşdirəcəyini və hadisə barədə polisə məlumat verəcəyini vəd edib.