Fransa Kantenin oynadığı matçlarda məğlub olmur

İyulun 1-də Avropa Çempionatının 1/8 final mərhələsində Fransa və Belçika komandaları qarşılaşıblar.Görüş fransalıların minimal hesablı qələbəsi ilə yekunlaşıb.1-0.

Sportline.az Sport.ru-ya istinadla xəbər verir ki, bu görüşdə N'Qolo Kante 90 dəqiqə meydanda. Fransa millisi Avropa və Dünya Çempionatlarında Kantenin iştirak etdiyi oyunlarda bir dəfə də olsun məğlubiyyətlə üzləşməyib - 13 qələbə və 6 heç-heçə.

Kante millinin qrup mərhələsində də çıxış etdiyi bütün oyunlarda iştirak edib.

Qeyd edək ki, Fransa seçməsi 1/4 finalda Portuqaliya-Sloveniya cütünün qalibi ilə üzləşəcək.