Fransa klubunda koronavirus şoku

Fransa çempionatının 9-cu turunda oktyabrın 31-i  keçirilməli olan "Marsel" - "Lans" oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.

Sportline.az Fransa mətbuatına istinadən xəbər verir ki, buna qonaq komandanın 11 oyunçusunda koronavirus aşkarlanması səbəb olub.

Bundan başqa, "Lans"da daha 7 nəfər də koronavirusa yoluxub. Bildirilib ki, xəstələr arasında komandanın məşqçisi Frank Ez də var.