Fransa millisi üçün 60 ildə ilk dəfə
AVRO 2024-də Fransa millisi ötən gün Portuqaliyanı 0-0 hesabı ilə bitən görüşün penaltilər seriyasında məğlub edərək adını yarımfinala yazdırıb (5-3).
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, fransızlar bununla ardıcıl 5-cı oyundur ki, oyun epizodundan qol vura bilmirlər (2 avtoqol, 1 penalti).
"Opta Sports"un məlumatına görə, bu nəticə 60 il əvvəlki antirekordun təkrarıdır.
Qeyd edək ki, Didier Deşamın rəhbərlik etdiyi komanda Avropa Çempionatının yarımfinalında İspaniya millisi ilə qarşılaşacaq.
Görüş iyulun 8-də Münxenin "Alianz Arena" stadionunda keçiriləcək.