Fransa millisinin sabiq futbolçusu "Şamaxı"da
"Şamaxı" klubu yeni mövsümə hazırlığı davam etdirir.
Sportline.az xəbər verir ki, bölgə təmsilçisi Brahim Konateni heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.
Karyerasına Fransanın “Oser” klubunda başlayan Konate vaxtı ilə Fransa U-20 seçməsinin üzvü olub. 28 yaşlı futbolçunun son klubu isə İsrailin “Hapoel Afula”sı olub.
28 yaşlı futbolçu “Nior”, “Fuenlabrada”, “Rayo Mayadahonda”, “Kauno” klublarında da çıxış edib.