Fransalı idmançı astma dərmanlarına görə diskvalifikasiya edilib

Fransa millisinin atleti Teddi Atin-Venel 5 ay müddətinə diskvalifikasiya edilib.

Sportline.az xəbər verir ki, buna 36 yaşlı sprinterin astma əleyhinə salbutamol dərmanından yararlanması səbəb olub.

Antidopinq qaydalarına əsasən, idmançılar bu dərmandan kiçik dozalarda istifadə edə bilərlər. Lakin Atin-Venelin analizlərində salbutamolun miqdarı yüksək çıxıb.

Atlet dərmandan icazə verilən dozalarda istifadə etdiyini və təqsirsiz olduğunu söyləyib.

Qeyd edək ki, bu, Teddi Atin-Venelin 2017-ci il nümunəsində aşkarlandığı üçün Fransa yığmasının 2017-ci ildə Britaniyanın paytaxtı Londondakı dünya çempionatında 4x400 metr məsafəyə estafet qaçışının nəticələri ləğv olunub. Komanda həmin vaxt 8-ci yeri tutub.