"Frayburq" - "Qarabağ" görüşü ona həvalə olundu

"Frayburq" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA  Avropa Liqasının qrup mərhələsinin I tur oyununun təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, görüşü Belçikadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Erik Lambrextə Jo de Veirdt və Matias Hillaert laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Vim Smet yerinə yetirəcək.

VAR hakimləri fransalı Benoît Millot və Uillİ Delajod olacaq.

Qarşılaşmanın hakim-inspektoru İspaniyalı David Fernández Borbalán, UEFA nümayəndəsi isə ingiltərəli Conatan Leesedir.