"Frayburq"dan 2 cavabsız qol

Almaniya Bundesliqasında 33-cü tura start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Frayburq" "Volfsburq"u qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Frayburq" - "Volfsburq" - 2:0
Qollar
: Günter, 71, Peterson, 75
Qırmızı vərəqə: Hefler, 90+3 ("Frayburq")

Bu nəticədən sonra "Frayburq" 59 xalla 5-ci, "Volfsburq" 49 xalla 7-cidir. Turnir cədvəlinə 68 xalla "Bavariya" başçılıq edir.