"Frayburq"un baş məşqçisi: "Qarşımızda beynəlxalq təcrübəyə malik komanda var"
"Qarşımızda hər il Avropa Liqasında və ya Çempionlar Liqasında çıxış edən və beynəlxalq təcrübəyə malik komanda var".
Sportline.az xəbər verir ki, bunu Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının G qrupunun ilk tur matçından öncə mətbuat konfransında deyib.
57 yaşlı mütəxəssis görüşü səbirsizliklə gözlədiklərini bildirib: "Son illər avrokuboklarda sabit çıxış edən komanda ilə oynayacağımız xoşbəxtəm. Biz Bundesliqa oyunlarına da eyni ciddiyətlə yanaşırıq. Hər iki liqada inamlı çıxış etmək istəyirik".
Qeyd edək ki, sentyabrın 8-də "Europe Park" stadionunda təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.