Frenk Lempard: "Çelsi"nin gələcəyindən əmin deyiləm"
"Çelsi"nin baş məşqçisi Frenk Lempard klubun gələcək taleyi ilə bağlı danışıb.
Sportline.az xəbər verir ki, mütəxəssis komandanın gələcək mövsümü üçün bədbin açıqlama verib: "Çelsi"nin gələcəyindən əmin deyiləm. "Nyukasl", "Brayton", "Aston Villa" kimi komandalar yüksək səviyyədə çıxış edirlər. Gələn mövsümün necə olacağını deyə bilmərəm. Bu, bizim üçün sınaq olacaq".
Qeyd edək ki, "Çelsi" Premyer Liqada turnir cədvəlində 12-cidir.