Futbolçu intihar etdi
Cənubi Koreya təmsilçisi "Seul"un futbolçusu Kim Nem-Çxono dünyasını dəyişib.
Sportline.az xəbər verir ki, 31 yaşlı müdafiəçinin cəsədi Seul şəhərindəki bir evin yaxınlığında aşkarlanıb. İlkin versiyaya görə, oyunçu intihar edib. Kim Nem-Çxono 2013-cü ildən "Seul"da oynayıb.
O, 2017/2018 mövsümündə orduda xidmət etdiyi üçün "Sancu Sanmu" komandasının formasını geyinib.