Milli komandanın futbolçusu dünyasını dəyişib

Futbol aləmində daha bir faciə yaşanıb.

Sportline.az xəbər verir ki, Misir millisi və "Fyuçe" klubunun 31 yaşlı futbolçusu Əhməd Refaat dünyasını dəyişib.

Bu haqda Misir Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, milli komandanın üzvü iyunun 11-də keçirilən "Fyuçe" - "Əl-İttihad" oyunu zamanı huşunu itirmişdi.

O vaxtdan komada olan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.