Futbolçumuz Almaniyada dubl etdi

Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, Rüfətin komandası 4-cü turda "Eylenburq"un qonağı olub.

Matç “Dinamo”nun 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk dəqiqələrdən meydanda millimizin sabiq forvardı 45-ci və 74-cü dəqiqələrdə iki qol vurub.

Qeyd edək ki, "Dinamo" 4 turdan sonra 7 xalla turnir cədvəlinin 4-cü pilləsindədir.