Futbolçumuz İsveçrədə qol şousuna davam edir

 İsveçrə çempionatında 5-ci turun oyunları keçirilir. 

Sportline.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” bu turda səfərdə “Syon”la qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.
 
Renat bu görüşdə iştirak edib. O, 46-cı dəqiqədə meydana daxil olub. Millimizin üzvü 63-cü dəqiqədə komandasının ikinci qolunu vurub. Bu, onun İsveçrə çempionatında 3-cü qolu olub. 

“Qrasshopper” hazırda 9 xalla 10 komanda arasında 1-ci pillədə qərarlaşıb.