Futbolçumuz Rusiyada ayın ən yaxşısı seçildi
Azərbaycanlı futbolçu Azər Əliyev çıxış etdiyi “Ufa” (Rusiya) klubunda oktyabr ayının ən yaxşı oyunçusu seçilib.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi azarkeşlər arasında aparılmış soğru nəticəsində səslərin 23.7 faizini toplayıb. Onun ən yaxın izləyicisi Komnen Andriç isə 17 faiz səs yığıb.
Qeyd edək ki, Azər Əliyev oktyabr ayında 3 oyuna çıxıb və 1 qol vurub.