Futbolçumuz "Şalke"nın əsas komandasında?

Millimizin sabiq üzvü Rüfət Dadaşov "Şalke"nin əsas komandasında debüt edə bilər.

Sportline.az "Ruhr 24"ə istinadən xəbər verir ki, buna səbəb komandanın bir sıra aparıcı futbolçusunun sıradan çıxmasıdır. Klubun baş məşqçi Dimitrios Qrammozis 2-ci Bundesliqanın 16-cı turunda "Sankt-Pauli" ilə oyun öncəsi U-23-dən Renat Dadaşovu və Feliks Vienandı, gənclər komandasından isə Keke Toppu əsas komandaya cəlb edib.

Qeyd edək ki, bu gün keçiriləcək "Sankt-Pauli" - "Şalke" görüşü Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.