Futbolçumuzun baş məşqçisi klubdan ayrıldı

Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi Niderlandın “Eyndhoven” klubunun baş məşqçisi Rob Penders komandadan ayrılıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki. buna onun Erediviziya təmsilçisi “Utrext”dən aldığı təklif səbəb olub. 47 yaşlı mütəxəssis "Utrext"in baş məşqçisi Mixael Silberbauerin köməkçisi olacaq.

Qeyd edək ki. Penders 2021-ci ilin yayından “Eyndhoven”i çalışdırırdı. Komanda geridə qalan mövsümdə Niderland ikinci divizionunda 38 oyuna 58 xalla 8-ci yeri tutub. Ozan Can isə 34 oyuna çıxıb, 6 qol vurub.