Futbolçumuzun komandası yenə Yüksək Liqaya həsrət qaldı

Niderland Erediviziyasına sonuncu vəsiqə uğrunda pley-off oyunları keçirilir.
 
Sportline.az xəbər verir ki, millimizin üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven”  “Almere Siti” ilə cavab matçına çıxıb.  İlk oyunda 1:0 hesabı ilə qalib gələn “Eyndhoven” ikinci görüşdə 1:3 hesabı ilə uduzaraq pley-offda mübarizəni dayandırıb və yüksək liqaya yüksəlmək şansını itirib.

“Almere Siti”  - "Eyndhoven" - 3:1
Qollar
: Hilterman, 80 (1:0), Amevr, 84-pen. (1:1), Limbombe, 90+4 (2:1), Parra, 109 (3:1)
 
Ozan da 120 dəqiqə davam edən bu oyunda iştirak edib. O, 90+1-ci dəqiqədə meydana daxil olub və 119-cu dəqiqədə sarı vərəqə alıb.

Banner