Futbolçumuzun komandası yüksək liqa yolunda

Niderland birinci divizionunda 2022/2023 mövsümünün sonuncu - 38-ci turunun oyunları keçirilib. 

Sportline.az xəbər verir ki, millimizin üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” səfərdə PSV-nin gənclərdən ibarət komandası ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

"Jong PSV" - "Eyndhoven" - 1:1
Qollar: 
Duiven, 56 (1:0), Osstenbrink, 62 (1:1)

O.C.Kökçü start heyətdə meydana daxil olub və 73-cü dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra "Eyndhoven" yarışı 58 xalla 20 komanda arasında 8-ci pillədə başa vurub. Bununla da komanda yüksək liqa olan Erediviziyaya sonuncu vəsiqə uğrunda pley-off oyunlarına qatılmaq hüququ qazanıb.

Banner