Futbolda nadir rast gəlinən hadisə
İspaniuada “Vinaros” və “Penyiskol” komandalarının oyununda qəribə hadisə baş verib.
Sportline.az xəbər verir ki, 90+5-ci dəqiqədə, hesab 0:1 rəqib xeyrinə olarkən meydan sahibləri cərimə zərbəsi vurmaq hüququ qazanıb. Bu zaman irəli gedən “Vinaros”un qapıçısı hesabı bərabərləşdirə bilib. Amma qolkiper sevinci uzun çəkməyib. Az sonra o, rəqibin mərkəzdən vurduğu qolu buraxmaqla oyunun antiqəhrəmanına çevrilib.
Beləliklə, qonaqlar 2:1 hesablı qələbə qazanıblar.