Füzuli Musayev: "1 komandada oynayanlar indi bir-birinə rəqib olublar"
"Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun stadionunda nazirliyin qurumları arasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş minifutbol çempionatı keçirilib".
Bunu Sportline.az saytın açıqlamasında Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi Füzuli Musayev deyib.
Musayev qeyd edib ki, əsasən final mərhələsi çox gərgin keçib: "Bildiyiniz kimi, cənab prezidentin tapşırığı ilə bu il "Heydər Əliyev İli" elan olunub. Bu məqsədlə təşkil etdiyimiz bütün yarışlar Heydər Əliyevin 100 illiyinə həsr olunub. Mini-futbol çempionatının finalı gərgin mübarizə ilə yadda qalıb. Bir müddət əvvəl dövlət qurumları arasında böyük bir çempionat keçirildi. Həmin yarışın finalında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət komandanı penaltilər seriyasında məğlub edib çempion oldu. Məhz həmin oyunda 1 komandada oynayanlar indi bir-birinə rəqib olublar. Yəni həm Dövlət Yanğından Mühafizə komandasında, həm də Xüsusi Riskli Xilasetmə kollektivində öncəki yarışın qalibləri bir-birilə rəqib olublar. Bugünkü mübarizənin yekununda isə Dövlət Yanğından Mühafizə komandası çempion oldu".
Qeyd edək ki, yarışda ümumilikdə 23 komandadan 250-yə yaxın idmançı iştirak edib.