“Gəlin əvvəlcə Premier liqa və Çempionlar Liqasının qalibi olaq”

Mohamed Salah "Qızıl top"u qazanmaq şanslarını dəyərləndirib.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Liverpul"un misirli ulduzu Mohammed Salah ona "Qızıl top"la bağlı verilən suala belə cavab verib:

"Gəlin əvvəlcə Premier liqa və Çempionlar Liqasının qalibi olaq! Çünki hamı bilir ki, söhbət "Qızıl top"dan gedirsə, bəzən kənar amillər təsir göstərə bilər. Bu iki turnirdəki qələbə mükafatı qazanmağıma kömək edəcək? Ümid edirəm ki, hə. Hələlik karyeramda ən yaxşı mövsümümü keçirdiyimi hesab edirəm. Həmçinin komanda yoldaşlarımın da daha yaxşı oynamasına kömək edirəm. Hər birimizin statistikası ötən illərlə müqayisədə yaxşılaşıb. Daha çox məhsuldar ötürmələr edirəmsə, deməli, həqiqətən, onlara köməklik göstərirəm".

Bir neçə gün öncə "Man Siti"ə qarşı oyunda (2:0) vurduğu qol Mohamed Salahın "Qızıl buts" uğrunda yarışda üstünlüyünü 5 qola çatdırıb.