Gəncə klubunda rəhbər dəyişikliyi
Gəncənin "Kəpəz" klubu bundan sonra Namik Qədirovun rəhbərliyi altında fəaliyyət göstərəcək.
Sportline.az xəbər verir ki, o, Müşahidə Şurasının sədri vəzifəsini icra edəcək.
Məlum olduğu kimi, "Kəpəz"in sponsor məsələləri müsbət nəticələnib və hazırda AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) ilə klub arasında hüquqi prosedurlar aparılır.
Federasiya artıq "Kəpəz"in təsisçiliyindən imtina edib. Bundan əlavə, qurumun Gəncə futbolu üzrə kuratoru olan İsgəndər Cavadov da tutduğu vəzifədən ayrılıb.
AFFA və Cavadov təsisçilik payından imtina etsələr də, bunun əvəzində heç bir maddi tələb irəli sürməyiblər.
Hazırda isə klubun nizamnaməsinin yenilənməsi və Ədliyyə Nazirliyində qeydiyyata alınması prosesi davam edir. Bu prosedurun təxminən 10-14 gün ərzində başa çatacağı gözlənilir.
Əgər hüquqşünaslar işi sürətləndirsələr, "Kəpəz" artıq gələn həftə yeni sponsorunun adını açıqlaya bilər.