"Gəncə" klubunda yeni məşqçi
Qadın voleybolçulardan ibarət "Gəncə" komandasında yeni məşqçi təyinatı olub.
Bu barədə Sportline.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Komanda Xanlar Ələkbərov ilə bir mövsümlük müqavilə imzalayıb.
Yeni mövsümdə məşqçilər heyətində köməkçi məşqçi vəzifəsində çalışacaq mütəxəssis ötən mövsümü "Abşeron"da keçirib.