Gəncə komandası pley-offda

Daha bir komanda Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəlib.

Sportline.az xəbər verir ki, pley-in mərhələsinin ikinci oyunları çərçivəsində bu gün "Lənkəran" "Gəncə"ni qəbul edib.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüş Gəncə təmsilçisinin 101:77 hesablı qələbəsi ilə yekunlaşıb.

Tərəflərin birinci duelində də "Gəncə" rəqibini yenmişdi - 91:55. Bu nəticədən sonra Gəncə komandası növbəti mərhələdə mübarizə aparmaq hüququna sahib çıxıb.

Qeyd edək ki, daha öncə "Naxçıvan" və "Şəki" pley-off mərhələsinə yüksəliblər.