Gəncədə şəhidlərin xatirəsinə həsr olunan futbol turniri keçirilir
Gəncədə şəhidlərin xatirəsinə həsr olunan uşaqlar arasında futbol turniri start götürüb.
Sportline.az xəbər verir ki, Gəncə, Tovuz və Mingəçevir yetirmələrinin də qatıldığı turnirdə 4 komanda iştirak edir. Gəncəni Kəpəz və Lokomotiv komandaları təmsil edir. Turnir Konstantin Abramenko adına Lokomotiv stadionunda təşkil olunub.
Açılış mərasimi torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması və Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra çıxış edən Gəncə Şəhid Anaları İB-nın Sədri, Şəhid Hacı Rauf Əsgərovun anası Briliyyant xanım Əsgərova şəhidlərə və onun ailələrinə göstərilən diqqət, qayğıya görə turnirin təşkilatçılarına minnətdarlıq bildirdi: “44 günlük müharibədə öz həyatlarını fəda edərək Azərbaycanın torpaqlarını azad edən bütün igid balalarımız bizim qürurumuzdur. Onlar öz canlarından keçdilər ki, bu gün hər kəs rahat, firəvan yaşasın. Bizim şəhid övladlarımıza, onların ailələrinə, övladlarına hamı böyük hörmət və diqqətlə yanaşırlar. Bu gün şəhidlərin xatirəsinə keçirilən bu futbol turniri də bu qəbildən olan tədbirlərdəndir. Xalqımız bir daha sübut edir ki, şəhidlərimiz heç zaman unudulmayacaqlar. Onlar hər bir evdə, hər kəsin qəlbində yaşayacaq” deyə B. Əsgərova əlavə edib.
Sonra çıxış edən millət vəkili Müşfiq Cəfərov bu günlərdə uşaqların hüquqularının müdiəsi günü olduğunu xatırladaraq şəhid övladları da daxil olmaqla bütün uşaqları təbrik etdi. O vurğuladı ki, bu kimi idman yarışları balacaların həm sağlam ruhda böyüməsinə, həm də idmanın, futbolun Gəncədə və regionunuzda daha da inkifına böyük töhvə verəcək. Şəhidlərin və onların ailələrinin daim dövlətimizin, onun rəhbəri Ali baş komandan İlham Əliyevin, birinci vitse prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olduğunu vurğularaq hər zaman yaddaşlarda , qəlblərdə olduğunu söylədi.
Açılış mərasimində digər çıxış edənlər də şəhidlərin ruhunun daim əziz olduğunu, heç zaman yaddan çıxmayacaqlarını, bu kimi yarışların uşaq idmanının inkişafında böyük rolunu qeyd etdilər.
Sonra turnirin təşkilatçılarından olan, iş adamı Çapay Məmmədovun və AFFA-nın hazırladıqları xüsusi xatirə hədiyyələri şəhid övladlarına təqdim olundu.
Rəsmi hissədən sonra yarışlara start verildi. İki gün davam edəcək xatirə turnirində qaliblər diplom və hədiyyələrlə təltif olunacaqlar.