"Gəncə"nin baş məşqçisi: "Bəzi oyunçular xəstə olsalar da, meydana çıxmışdılar"
“Bəzi oyunçular xəstə olsalar da, meydana çıxmışdılar".
Sportline.az xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Halil Atlı "Şəki"yə qalib gəldikləri (91:77) Azərbaycan Basketbol Liqasının XIV turunun oyunundan klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis heyətdə bəzi itkilərin olduğunu söyləyib:
"Bu da rotasiya etməyimizə təsir göstərdi. Romelo Barrelin bu günlərdə doğması dünyasını dəyişib. Onun üçün çətin matç idi. Qələbəmizi də Barrelə həsr edirik. Komandanın bütün üzvləri bizim üçün dəyərlidir. Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm. Çempionatda fasilə yaranır. Bundan istifadə etməyə çalışacağıq".