Gənclər Liqası: "Qarabağ" "Atletiko"nu məğlub etdi
"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyununa çıxacaq. SportLine.az xəbər verir ki, rəqib "Atletiko" olacaq.
İlk üç görüşdə xal üzünə həsrət qalan Rəşad Sadıqovun yetirmələri, bu dəfə uğursuz seriyanı qırmaq niyyətindədirlər. Ancaq qarşısına qrupdan çıxmaq tapşırığı qoyulmuş Madrid təmsilçisinin də meydana 3 xal üçün çıxacağı dəqiqdir.
Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən oyunda İspaniya klubu qələbə qazanmışdı - 5:1.
31 oktyabr 2017
UEFA Gənclər Liqası
"C" qrupu, 3-cü tur
"Atletiko" (İspaniya) - "Qarabağ" (Azərbaycan) - 0:1
QOL: Yaroslav Deda, 45 (0:1)
Baş hakim: Stefan Klossner
Baş hakimin köməkçiləri: Remi Zqraqqen, Efe Kurnazca (hamısı İsveçrə)
Dördüncü hakim: Valentin Qomes (İspaniya)
UEFA nümayəndəsi: Neyl Morro (Şinali İrlandiya)
Hakim-inspektor: Manuel Dias Veqa (İspaniya)
Majadahonda. Siudad Deportiva Serro Del Espino