Gərgin oyunda 1 qol: "Omoniya" kubok qazandı

Kipr kubokunda 2022/23 mövsümünə yekun vurulub.

Sportline.az saytının məlumatına görə, həlledici qarşılaşmada “AEL Limassol” və “Omonia” klubları qarşılaşıb..

“AEL Limassol” - “Omonia” - 0:1

Qol: Ansarifard, 84

Bununla da “Omonia” ardıcıl ikinci, ümumilikdə isə 16-cı dəfə Kipr kubokunu qazanıb. Nikosiya təmsilçisi daha əvvəl 1965, 1972, 1974, 1980, 1982, 1983, 1988, 1991, 1994, 2000, 2005, 2011, 2012 və 2022-ci illərdə də ölkə kubokuna sahib çıxıb