Gittens “Borussiya”nı tərk edəcək
"Borussiya Dortmund"un ingiltərəli futbolçusu Ceymi Gittens mövsümün sonunda komandasına dəyişəcək.
Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, "Arsenal", "Tottenhem", "Çelsi", "Mançester Siti" və "Aston Villa" Gittens üçün hərəkətə keçib.
20 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Gittens bu mövsüm çıxış etdiyi 35 oyunda 11 qol və 4 asistlə yadda qalıb.