"Göztəpə" klubu yeni transferini açıqlayıb

Super Liqanın yeni klublarından "Göztepe" komandası heyətini yarımmüdafiəçi ilə gücləndirib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, İzmir təmsilçisi "Slaviya Sofiya"da çıxış edən İsak Soleti heyətinə qatıb.

23 yaşlı futbolçu 1 illik icarə əsasında Türkiyə klubuna qoşulub.

Qeyd edək ki, Solet ötən mövsüm Bolqarıstan çempionatında 21 oyuna çıxıb və 2 qol vurub.