Gündoğan PSJ-nin hədəfində

İlkay Gündoğan karyerasını Fransada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, yarımmüdafiəçinin "Mançester Siti" ilə müqaviləsi iyunun sonunda başa çatır. "L'Equipe"in məlumatına görə, 32 yaşlı futbolçu PSJ-nin yarımmüdafiə xəttini gücləndirmək üçün hədəflərdən biridir. 

Paris klubu qol vura bilən və müdafiədən hücuma daha rahat keçidi təmin edən yarımmüdafiəçi ilə müqavilə bağlamaqda maraqlıdır.