Gündüz Abbaszadə "Qarabağ"da

“Qarabağ”da mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib.

Sportline.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, uzun müddətdir boş qalmış bu vəzifəyə tanınmış jurnalist Gündüz Abbaszadə təyin edilib.

O, bu vəzifədə Nurlan İbrahimovu əvəzləyib.

Xatırladaq ki, UEFA İbrahimovu Dağlıq Qarabağ münaqişəsi zamanı Feysbukda ermənilərlə bağlı paylaşımına görə futboldan ömürlük kənarlaşdırıb. O, yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.