Gürcüstan milli komandası Tiflisdə böyük coşğu ilə qarşılanıb
Tarixində ilk dəfə Avropa Çempionatında çıxış edən Gürsüntan millisin 1/8 finalda İspaniyaya məğlub olduqdan sonra vətənə qayıdıb.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, bu gün saat 05:00 radələrində Tiflisə gələn Milli komandanın futbolçuları hava limanında qəhramanlar kimi qarşılanıb.
Azerkeşlər bayraqlar və pankartlarla Milli komanda lehinə şüarlar səsləndiriblər.
Xəbərdə bildirilir ki, Gürcüstan Milli Futbol Komandasının ölkəyə qayıtması ilə əlaqədar gecə saatlarında paytaxt Tiflisdə hökumət tərəfindən təşkil edilən tədbirlər keçiriləcək.
Xatırladaq ki, qrup mərhələsini 4 xalla adlayan Gürcüstan millisi 1/8 finalda İspaniyaya uduzaraq mübarizəni dayandırıb.