Gürcüstanlı futbolçu "Bavariya"da

"Bavariya" "Valensiya"nın qapıçısı Georgi Mamardaşvilinin transferini həll edib.

Sportline.az Leadersport nəşrinə istinadla xəbər verir ki, tərəflər yaxın günlərdə müqavilə bağlayacaqlar.

İlkin məlumatlara görə, Mamardaşvili yaxın 5 ildə "Bavariya"nın şərəfini qoruyacaq.

Manuel Noyeri əvəzləyən Yan Zommerin isə, "İnter"ə yollanacağı bildirilir. 

Qeyd edək ki, Gürcüstan millisinin qapıçısı son mövsümdə "Valensiya"nın heyətində keçirdiyi 42 oyunda qapısından 49 top buraxıb.

Banner