Gürcüstanlı milyarder millinin oyunçularına 17 milyon avro vəd edib

Gürcüstanlı milyarder Bidzina İvanişvili tarixində ilk dəfə qatıldığı Avropa Çempionatında qrup mərhələsini adlayan Gürcüstan millisinin futbolçularına 8.4 milyon avro hədiyyə edib.

Sportline.az Sportbible-yə istinadla xəbər verir ki, İvanişvili millinin futbolçularına 1/8 final mərhələsində İspaniyanı keçəcəkləri təqdirdə bu məbləğin iki qatını verəcəyini bildirib.

Avropa Çempionatında F qrupunda mübarizə aparan Gürcüstan seçmə komandası topladığı 4 xalla ən yaxşı üçüncü kimi pley-offa yüksəlib.

Qeyd edək ki, İspaniya-Gürcüstan oyunu iyunun 30-da Köln şəhərində keçiriləcək.